Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Dövlət Departamenti Amerika pasportlarında “X” hərfinin çıxarılmasını əmr edib.
Banco.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio ABŞ vətəndaşlarının pasportlarından “qadın” və “kişi” variantları ilə yanaşı, gey və transseksual şəxslər üçün istifadə edilən “X” variantının çıxarılmasına göstəriş verib.
Amerikanın “Intercept” xəbər platformasında yer alan və Rubionun qurum daxilində göndərdiyi yazılı təlimata əsaslanan xəbərə görə, ABŞ Dövlət Departamenti pasportlarla bağlı dəyişikliklər edir.
ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan və "Amerikanın rəsmi siyasətinə görə yalnız qadın və kişi olaraq iki cinsiyyətin mövcud olduğunu" ifadə edən prezident sərəncamından sonra hərəkətə keçən departament pasportları da bu sərəncama uyğun olaraq yenidən tənzimləyəcək.
Rubionun aktual təlimatına əsasən, Dövlət Departamenti bu günə qədər pasportlarda yer alan "qadın" və "kişi" seçimlərini yanaşı olan "X" seçimini ləğv edir.
Xəbərdəki məlumatlara görə, Rubio müvafiq təlimatında "ABŞ-ın rəsmi siyasəti cinsiyyətin dəyişməz olduğudur" ifadəsinə yer verib.
Xatırladaq ki, ABŞ-ın 47-ci prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışında, "Bundan sonra Amerika Birləşmiş Ştatları hökumətinin rəsmi siyasəti yalnız qadın və kişi olmaqla iki cinsiyyətin mövcud olmasıdır" ifadəsini işlətmişdi.
Tramp vəzifəyə başlamasından sonra ölkədə "yalnız qadın və kişi olmaqla iki cinsiyyətin" tanınmasına dair sərəncam imzalamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!