Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Amerika iqtisadiyyatını on ildən artıqdır xilas edən emissiya mexanizmi fəaliyyətini dayandırıb.
Banco.az xəbər verir ki, bunu məşhur rusiyalı iqtisadçı Mixail Xazin deyib.
Ekspertin fikrincə, bu vəziyyət ABŞ-ın 1913-cü ildə Federal Ehtiyat Sisteminin yaradılmasından bəri bütün dövr ərzində ixrac etdiyi bütün iqtisadi inkişaf modelinin sonu deməkdir.
“Dövlət böhranla üzləşdiyi anlarda sadəcə yaşıl əskinaslar çap edib böyük maliyyə çətinliyi yaşayan insanlara paylayırdı. 2008-ci ildə hakimiyyət bank sektorunu “vertolyot pulu” ilə örtdü. Bununla belə, artıq 2020-ci ildə kəmiyyət yumşaltma taktikası iflasa uğradı. Həmin vaxt ilk dəfə olaraq bir neçə trilyon dolların yeridilməsi iqtisadi artıma və biznes fəallığının stimullaşdırılmasına heç bir dəstək vermədi. Artıq bu il maliyyə bazarları çökə bilər və bundan sonra aparıcı dünya liderləri yeni qaydalara uyğun olaraq yeni dünya nizamı barədə razılığa gəlməli olacaqlar”, - deyə Xəzin proqnozlaşdırıb.