AMB-nin ərazi idarələrindən birinin rəhbəri dəyişib | Banco.az

AMB-nin ərazi idarələrindən birinin rəhbəri dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı ərazi idarəsinin rəhbəri dəyişib.

AMB-yə istinadən xəbər verilir ki, indiyə qədər idarəyə rəhbərlik edən Səbuhi Hidayət oğlu Məmmədov vəzifəsindən azad edilib.

Onun yerinə Orxan Şıxəli oğlu Abdullayev təyin olunub.

Xatırladaq ki, AMB-nin Naxçıvandan başqa, Biləsuvar, Gəncə və Qubada regional mərkəzləri, Sumqayıt və Yevlaxda ehtiyat mərkəzləri fəaliyyət göstərir. 

Mənbə: Report.az