Müəllif:Mehin Qasımova/Banco.az
Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkənin geyim xarici ticarəti ilə bağlı yanvar-sentyabr dövrü məlumatlarını açıqlayıb.
Banco.az xəbər verir ki, Almaniyanın geyim idxalı ilin 9 ayında bir əvvəlki ilin eyni dövrünə görə 14,1 faiz azalaraq 27,8 milyard avro geriləyib.
Geyim ixracı ilin yanvar-sentyabr dövründə 0,3 faiz artaraq 18,6 milyard avroya çatıb.
Almaniyadan ixrac edilən geyimlər əsasən qonşu ölkələrə çatdırılır. İlin yanvar-sentyabr dövründə Polşaya geyim ixracı 8,5 faiz artaraq 2,5 milyard avroya çatıb.
Almaniyanın geyim ixracının digər mühüm alıcıları 2,5 milyard avro ilə İsveçrə və 2,3 milyard avro ilə Avstriya olub. Banqladeş alman geyim idxalının əsas tədarükçüsü kimi Çini əvəz etmək yolundadır. Çin Almaniyaya 5,9 milyard avro ilə ümumi geyim idxalında ən əhəmiyyətli tədarükçü ölkə olub.
Banqladeşdən geyim idxalı son 10 ildə Almaniya bazarı üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. 2013-cü ildə Almaniyanın geyim idxalında Banqladeşin ümumi payı 12,1 faiz olduğu halda, bu ilin yanvar-sentyabr dövründə bu rəqəm 20,3 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!