Müəllif: Tamara Mustafayeva, Banco.az
Avtomobil kilid sistemləri üzrə ixtisaslaşmış “Kiekert” şirkəti Vuppertal Regional Məhkəməsinə iflas müraciəti təqdim edib.
Banco.az xəbər verir ki, 1857-ci ildə Düsseldorf yaxınlığında Arnold Kiekert tərəfindən təsis olunan şirkət 11 zavodunda 4 min 500 nəfərə məşğulluq yaradır. Alman tədarükçünün kilid sistemləri dünyada istehsal olunan hər üç avtomobildən birinə quraşdırılır.
Digər tərəfdən, sığorta şirkəti “Atradius”un məlumatına görə, Almaniyada böyük şirkətlərin müflisləşmə sayı ilin yanvar–iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 207 ilə rekord həddə çatıb.
İllik gəliri 10 milyon avrodan yuxarı olan həmin şirkətlər arasında avtomobil tədarükçülərinin 29 böyük müflisləşmə ilə ən böyük paya sahib olması diqqət çəkib.
Bununla yanaşı, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ölkədə yanvar–iyun dövründə ümumilikdə 12 min şirkət müflisləşib. Müflisləşmə hallarında ötən ilin eyni dövrünə nisbətən 12 faiz artım müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!