Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Federal Statistika İdarəsi sənaye istehsalının may ayında aylıq 1,2 faiz artdığını açıqlayıb.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi may ayına dair sənaye istehsalı göstəricilərini açıqlayıb.
Buna əsasən, Almaniyada sənaye istehsalı əvvəlki ayla müqayisədə gözləntilərin əksinə olaraq 1,2 faiz artıb.
“Bloomberg”in 20 iqtisadçı ilə keçirdiyi sorğunun nəticələrinə görə, median gözlənti istehsalın 0,2 faiz azalacağı istiqamətində idi.
İllik əsasda isə 0,3 faiz azalma gözləntilərinin əksinə olaraq 1 faiz artım qeydə alınıb. Bu, 2023-cü ilin mart ayından bəri müşahidə olunan ən yüksək illik dəyişiklik olub.
Sənaye istehsalında qeydə alınan bu artımda avtomobil, dərman və enerji istehsalındakı artımlar əsas rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!