Müəllif:Mehin Qasımova/Banco.az
Almaniyada maşinistlər xəbərdarlıq tətili keçirəcəklər.
Banco.az xəbər verir ki, yüksək inflyasiyaya qarşı işəgötürənləri daha yaxşı maaş verməyə məcbur etmək üçün dəmiryolçular noyabrın 15-də 20 saatlıq kollektiv xəbərdarlıq tətili keçirəcəklər.
Deutsche Bahn-da sürücülərin və mühafizəçilərin tətili 15 noyabr çərşənbə günü saat 22:00-da başlayacaq və 16 noyabr cümə axşamı saat 18:00-a qədər davam edəcək.
Həmkarlar ittifaqı "Deutsche Bahn" işçilərinin, xüsusən də sürücülərin aylıq maaşlarının 555 avro artırılmasını və inflyasiya ilə mübarizə üçün 3 min avroya qədər ödəniş tələb edir .
Qeyd edilib ki, işlərin dayandırılması ölkə daxilində bütün dəmir yolu nəqliyyatını pozacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!