Müəllif:Ayşən İmanova/Banco.az
Almaniya Ukraynaya 650 milyon avro məbləğində hərbi yardım etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bunu bu gün Ukraynaya səfərə gələn Almaniya kansleri Olaf Şolz deyib.
Onun sözlərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı məlumat veriləcək.
Bildirilib ki, hərbi yardım paketi dekabrın sonuna qədər veriləcək.
Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün 2,5 ildə ilk dəfə Kiyevə gəlib.