Kanada "Hörmüz" məsələsinə görə yanacaq vergisini dayandırıb | Banco.az

Kanada "Hörmüz" məsələsinə görə yanacaq vergisini dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada "Hörmüz" məsələsinə görə yanacaq vergisini dayandırıb.

Banco.az xəbər verir ki, Kanadanın Baş naziri Mark Karni benzin, dizel və aviasiya yanacağı üzərində tətbiq olunan federal verginin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Karni Ottavada jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Hörmüz boğazında baş verən böhran səbəbindən benzin, dizel və aviasiya yanacağından alınan aksiz vergisi müvəqqəti olaraq ləğv edilib.

Onun sözlərinə görə, bu addım vətəndaşların üzərinə düşən maliyyə yükünü azaltmağa yönəlib. Qərara əsasən, 20 apreldən 7 sentyabradək benzin qiymətində hər litr üzrə 10 sent, dizel qiymətində isə 4 sent endirim tətbiq olunacaq.

Mark Karni qeyd edib ki, bu endirim kanadalıların “qısa müddətli təzyiqləri” daha asan aşmasına kömək edəcək. O əlavə edib ki, aksiz vergisinin müvəqqəti ləğvi dövlət büdcəsinə təxminən 2,4 milyard dollar xərcə başa gələcək.

Xatırladılıb ki, ABŞ və İsrailin 28 fevral tarixində İrana qarşı həyata keçirdiyi hücumlardan sonra qlobal enerji tələbatının təxminən beşdə birinin təmin olunduğu Hörmüz boğazında daşımalar ciddi şəkildə pozulub. Bu isə Kanada və ABŞ daxil olmaqla bir çox ölkədə yanacaq qiymətlərinin artmasına səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram