Almaniya sənaye şirkətlərinin 25%-i qlobal rəqabət qabiliyyətinin itirilməsi ilə üzləşir | Banco.az

Almaniya sənaye şirkətlərinin 25%-i qlobal rəqabət qabiliyyətinin itirilməsi ilə üzləşir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ifo: Almaniya sənaye şirkətlərinin 25%-i qlobal rəqabət qabiliyyətinin itirilməsi ilə üzləşir.

Banco.az xəbər verir ki, Mərkəzi Münhendə yerləşən İfo İqtisadi Araşdırmalar İnstitutu Almaniya şirkətlərinin qlobal bazarlardakı rəqabət qabiliyyətinin araşdırıldığı tədqiqatın nəticələrini açıqlayıb.

Məlumata görə, Almaniyanın sənaye şirkətlərinin 25,2 faizi Avropa İttifaqındən kənar qlobal bazarlarda rəqabət qabiliyyətini itirdiyini bildirib.

Aİ daxilindəki bazarlarda isə bu göstərici nisbətən daha aşağı — 15,5 faiz səviyyəsində hesablanıb.

Araşdırmanın nəticələri göstərib ki, demək olar bütün sənaye sahələrində rəqabət qabiliyyəti ilə bağlı mənfi gözləntilər güclənib.

Xüsusilə Çin istehsalçılarının qlobal bazarda aqressiv genişlənməsi ilə mübarizə aparan Alman avtomobil sektorunda vəziyyətin kritik olduğu vurğulanıb. Sektordakı şirkətlərin təxminən 38 faizi beynəlxalq bazarlarda rəqabət üstünlüyünü itirdiyini bəyan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram