"Alibaba"nın gəliri proqnozları üstələyib | Banco.az

"Alibaba"nın gəliri proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Alibaba Group” Holding Çində süni intellekt sahəsində inkişafın sürətlə artmasından faydalanaraq gözləniləndən daha yüksək rüblük gəlir artımı əldə edib.

Banco.az xəbər verir ki, şirkət sentyabr ayında başa çatan üç aylıq dövrdə satışların 5 faiz artaraq 247,8 milyard yuana (35 milyard dollar) çatdığını bildirib. Bu göstərici, analitiklərin 245,2 milyard yuan səviyyəsində olan orta proqnozunu üstələyib.

Şirkətin xalis gəliri 20,99 milyard yuana düşsə də, Çində elektron ticarət gəlirləri 16 faiz artıb. Bundan əlavə, bulud texnologiyaları üzrə gəlirin illik müqayisədə 34 faiz artaraq 39,8 milyard yuana yüksəldiyi açıqlanıb.

Beləliklə, “Alibaba” elektron ticarət sahəsindəki rəqibləri JD.com Inc. və “PDD Holdings Inc.” kimi gözləntiləri aşan nəticələr göstərib.

ABŞ-da “Alibaba”nın səhmləri birja açılışından əvvəlki ticarət mərhələsində 1 faizdən çox bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram