AİB-in ölkə direktoru: Azərbaycanda kapital bazarının inkişafına dəstək göstərməyə hazırıq | Banco.az

AİB-in ölkə direktoru: Azərbaycanda kapital bazarının inkişafına dəstək göstərməyə hazırıq

"Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla əməkdaşlığı çərçivəsində kapital bazarının inkişafına dəstək göstərməyə hazırdır".

Bunu AİB-in ölkə direktoru Sunniya Durrani-Jamal bu gün keçirilən yerli kapital bazarının inkişafına həsr olunmuş görüşdə deyib.

    O bildirib ki, gələcəkdə yerli bazarın qlobal maliyyə sisteminə inteqrasiyasına töhfə vermək məqsədilə birgə əməkdaşlığın gücləndirilməsi vacibdir.

    Görüşdə Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov, BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, BFB-nin İdarə Heyətinin üzvü Oqtay Qasımov, həmçinin Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) icraçı direktoru Murad Yəhyayev də iştirak ediblər.

    AİB nümayəndələrinə son illərdə kapital bazarının inkişafı üçün həyata keçirilən islahatlar, görülmüş işlər və gələcək planlar haqqında, xüsusilə bazar infrastrukturunun modernləşdirilməsi, yeni maliyyə alətlərinin tətbiqi və yerli investorların bazara cəlb olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.