Aİ "WhatsApp"ın AI məhdudiyyətləri ilə bağlı təhqiqata başlayıb | Banco.az

Aİ "WhatsApp"ın AI məhdudiyyətləri ilə bağlı təhqiqata başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) “Meta”nın digər süni intellekt təminatçılarının “WhatsApp”a girişini məhdudlaşdıran siyasəti ilə bağlı araşdırma başladıb.

Banco.az xəbər verir ki, Aİ Komissiyası “Meta”ya məxsus “WhatsApp”ın üçüncü tərəf süni intellekt təminatçılarına tətbiq etdiyi yeni giriş məhdudiyyətlərinin Aİ rəqabət qaydalarını pozub-pozmadığını müəyyən etmək məqsədilə rəsmi antitrest araşdırmasına başladığını bildirib.

Açıqlamada qeyd olunub ki, “Meta”nın yeni siyasəti süni intellekt təminatçılarının “WhatsApp” vasitəsilə müştəriləri ilə əlaqə yaratmasına imkan verən bir alətin istifadəsini məhdudlaşdırır. “Aİ Komissiyası bu yeni siyasətin üçüncü tərəf süni intellekt təminatçılarının Avropa İqtisadi Zonasında WhatsApp üzərindən xidmət göstərməsini əngəlləyə biləcəyindən narahatdır” ifadəsi yer alıb.

Siyasət dəyişikliyinin nəticəsi olaraq, “Meta”nın öz süni intellekt xidmətinin “WhatsApp” istifadəçilərinə erişim təmin etməyə davam edəcəyi, rəqib süni intellekt təminatçılarının isə platforma üzərindən müştərilərinə çatmasının məhdudlaşdırıla biləcəyi vurğulanıb. Bu vəziyyətin Aİ rəqabət qaydalarına zidd olub-olmadığı araşdırma çərçivəsində qiymətləndiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram