Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır | Banco.az

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen yeni sanksiyalarla Rusiyaya təzyiqləri artıracaqlarını bildirib.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Albaniyada keçirilən, Aİ ölkələri ilə birlik üzvü olmayan Avropa ölkələrinin bir araya gəldiyi Avropa Siyasi Birliyi Zirvəsindən əvvəl çıxış edib.

Fon der Leyen Avropa Siyasi Birliyinin Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra qurulduğunu xatırladaraq, bu qurumun Avropa qitəsində sabitliyi təmin etməyi hədəflədiyini bildirib.

Ursula fon der Leyen Rusiya Prezidenti Vladimir Putinin Ukrayna və Rusiya arasında birbaşa görüşün Türkiyədə keçirilməsi təklifini verdiyini, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu görüşə hazır olduğunu bildirdiyini, lakin Putinin görüşə qatılmadığını xatırladaraq, “Bu, Prezident Putinin sülh istəmədiyini göstərir,” – deyə vurğulayıb.

“Bu səbəbdən təzyiqləri artırmalıyıq,” – deyə fon der Leyen bildirib və Rusiyaya qarşı yeni sanksiya paketinin üzərində çalışdıqlarını açıqlayıb.

İndiyə qədər 16 sanksiya paketi tətbiq olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram