Aİ Intel-in cərimə məbləğini azaltdı | Banco.az

Aİ Intel-in cərimə məbləğini azaltdı

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi Avropa Komissiyasının Intel-ə qarşı qərarını qüvvədə saxlayıb, lakin cəriməni 376 milyon avrodan 237 milyon avroya endirib.

Banco.az xəbər verir ki, məlumata görə, iş 2009-cu ildən davam edir. 2009-cu ildə Aİ Komissiyası Intel-i rəqabətə zidd hərəkətlərinə görə 1,06 milyard avro cərimələmişdi. Şirkət isə bu qərara qarşı hüquqi prosesə başlamışdı.

Komissiyanın 2023-cü ildə tətbiq etdiyi cərimə isə Intel-in bazardakı hökmranlığından sui-istifadəsi ilə bağlıdır.

Şirkət 2002–2006-cı illərdə kompüter istehsalçılarına – Hewlett Packard, Acer və Lenovo-ya rəqiblərin satış kanallarını məhdudlaşdırmaq üçün ödənişlər etmişdi. Bu davranış Aİ antiinhisar qaydalarını pozduğu üçün cərimə tətbiq olunub.