Müəllif:Mehin Qasımova,Banco.az
Aİ-də yeni avtomobil satışları 2025-ci ildə əvvəlki illə müqayisədə 1,8% artaraq 10,82 milyon ədədə çatıb.
Banco.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
Satılan avtomobillərin 34,5%-i hibrid, 26,6%-i benzin, 17,4%-i elektrik, 9,4%-i plug-in hibrid, 8,9%-i dizel modellər olub. Beləliklə, elektrik, hibrid və plug-in hibrid avtomobillərin ümumi satışlardakı payı 61,3% təşkil edib.
Ötən il elektrikli avtomobil satışları 29,9%, plug-in hibridlər 33,4%, hibridlər isə 13,7% artıb. Ən çox satış Almaniya, Fransa, İtaliya və İspaniyada qeydə alınıb.
İstehsalçılar arasında “Volkswagen” 2,99 milyon avtomobillə lider olub. Onu “Stellantis” və “Renault” izləyib.
