Müəllif: Gülnar Əhmədli, Banco.az
Accessbank-nın kredit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 1 milyard 296 milyon 851 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 145 milyon 301 min manat və ya 12,6% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 280 milyon 307 min manat, biznes kreditləri portfeli 995 milyon 797 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 20 milyon 747 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 41 milyon 165 min manat və ya 17,2%, 93 milyon 917 min manat və ya 10,4%, 10 milyon 219 min manat və ya 2 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
