ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldi | Banco.az

ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəldi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ və İran Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə birbaşa rabitə xətti yaratmaq barədə razılığa gəliblər.

Banco.az xəbər verir ki, Qətər və Pakistanın yaydığı birgə bəyanata görə, qərar İsveçrədə keçirilən və bu yaxınlarda başa çatan ABŞ-İran danışıqlarının növbəti raundundan sonra qəbul olunub.

Bəyanatda qeyd edilir ki, rabitə xətti tərəflər arasında əldə olunmuş razılaşmada nəzərdə tutulan 60 günlük müddət ərzində fəaliyyət göstərəcək. Məqsəd ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək, mümkün insidentlərin və anlaşılmazlıqların qarşısını almaqdır.

Sənəddə həmçinin vurğulanır ki, İran Fars körfəzindən Oman boğazına və əks istiqamətdə hərəkət edən ticarət gəmilərinin rüsumsuz və təhlükəsiz keçidinin təmin olunması üçün bütün səylərini göstərəcək.