Müəllif: Tamara Mustafayeva, Banco.az
Pentaqonun kosmosla bağlı xərcləri 2024-cü ildə digər ölkələrin hərbi kosmos xərclərindən daha sürətli artıb.
Banco.az xəbər verir ki, Tramp administrasiyasının “Qızıl Günbəz” raket əleyhinə müdafiə sistemi layihəsini həyata keçirməsi ilə ABŞ-ın ümumi xərclərinin daha da artacağı gözlənilir.
Space Foundation-ın hesabatına görə, ABŞ-ın müdafiə məqsədli kosmik xərcləri illik əsasda 7,7% artaraq 49,5 milyard dollara çatıb. Əvəzində, digər bütün ölkələrin bu sahədəki xərcləri cəmi 2,3% artaraq 11,3 milyard dollara yüksəlib.
Hesabatda qeyd olunur ki, kommersiya məqsədli kosmik məhsullar, xidmətlər, infrastruktur və dəstək sektorlarından əldə edilən gəlirlər, eləcə də dövlət büdcələri daxil olmaqla qlobal kosmos iqtisadiyyatı ötən il 7,8% böyüyərək 613 milyard dollara çatıb.
Eyni zamanda hesabatda vurğulanır ki, tarixi artım templəri davam edərsə, bu rəqəmin 2032-ci ilə qədər 1 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Trampın bu ay imzaladığı büdcə və vergi qanunu çərçivəsində 2026-cı ildə “Qızıl Günbəz” sisteminə qarşı hücumların qarşısını almaq məqsədilə kosmik avadanlıqlara 16 milyard dollar, pilotsuz uçuş aparatları (PUA), raketlər və yeni peyklər üçün isə 7,2 milyard dollar xərclənməsi planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!