Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ "Lukoil"in xaricdəki stansiyalarını sanksiyalardan azad edib.
Banco.az xəbər verir ki, ABŞ sanksiya siyahısına daxil etdiyi Rusiyanın “Lukoil” neft şirkətinin Rusiya xaricində yerləşən yanacaqdoldurma məntəqələri ilə bağlı əməliyyatlara müvəqqəti olaraq icazə verdi.
ABŞ Maliyyə Nazirliyinə bağlı Xarici Aktivlərin Nəzarəti Ofisi (OFAC) bununla bağlı bir lisenziya yayımlayıb.
Həmin lisenziyaya əsasən, Rusiyadan kənarda yerləşən Lukoil yanacaqdoldurma məntəqələrinin məhsul və xidmət satışı, istismarı, texniki xidməti və ya bağlanması üçün zəruri olan əməliyyatlar 29 aprel 2026-cı ilədək sərbəst buraxılıb.
ABŞ Maliyyə Nazirliyi oktyabr ayında Rusiyanın iki böyük neft şirkəti olan “Rosneft” və “Lukoil”i, eləcə də onların törəmə şirkətlərini sanksiya siyahısına əlavə etmişdi.
Nazirliyin açıqlamasında bildirilib ki, bu addım Rusiyanın Ukraynadakı müharibəni bitirmək üçün sülh prosesinə ciddi şəkildə sadiqlik nümayiş etdirməməsi səbəbindən atılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
