Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə 3,4 faiz artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi 2023-cü ilin oktyabr-dekabr ayları üzrə yükun Ümumi Daxili Məhsul (ÜDM) məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ötən ilin son rübündə ABŞ-da ÜDM illik 3,4 faiz artıb.
Ölkənin ÜDM-i ilə bağlı yanvar ayında açıqlanan ilkin məlumatlarda qeyd olunmuşdu ki, ötən ilin dördüncü rübündə iqtisadiyyat 3,3 faiz, fevralda dərc edilən ikinci qiymətləndirmədə isə 3,2 faiz artıb.
ABŞ iqtisadiyyatı ötən ilin birinci rübündə 2,2 faiz, ikinci rübdə 2,1 faiz, üçüncü rübdə isə 4,9 faiz artıb.
Ölkə iqtisadiyyatı 2023-cü ildə ümumilikdə isə 2,5 faiz artım göstərib. ABŞ iqtisadiyyatı 2022-ci ildə 1,9 faiz artım qeyd etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!