Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman” şirkətinin baş direktoru Solomon: ABŞ-ın tənəzzülə düşməsi ehtimalı çox aşağıdır.
Banco.az xəbər verir ki, “Goldman Sachs”ın baş icraçı direktoru (CEO) Devid Solomon qlobal ticarət siyasətlərindəki qeyri-müəyyənliyə baxmayaraq, ABŞ iqtisadiyyatının tənəzzülə uğrama ehtimalının “çox aşağı” olduğunu bildirib.
Solomon çıxışında ABŞ Prezidenti Donald Trampın ticarətdə balanssızlıqlar olduğuna inandığını və bu istiqamətdə hərəkət etdiyini qeyd edib.
“Onun dəqiq hansı yolu izləyəcəyi bəhs etdiyim qeyri-müəyyənliyin bir hissəsidir” deyən Solomon Trampın Kanada və Meksikaya qarşı yeni gömrük tariflərini tətbiq etdiyini, bunun isə səhm və istiqraz bazarlarında dalğalanmalara səbəb olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!