Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın ümumi dövlət borcu 22 oktyabr tarixinə rekord həddə çataraq 38 trilyon dolları keçib.
Banco.az xəbər verir ki, ABŞ-ın ümumi dövlət borcu yeni rekorda çatıb. ABŞ-ın 2 avqust tarixində rekord səviyyə olan 37 trilyon dollara yüksəlmiş dövlət borcu cəmi 82 gün ərzində daha 1 trilyon dollar artıb. ABŞ Maliyyə Nazirliyi tərəfindən yayımlanan məlumatlara əsasən, 22 oktyabr tarixinə olan vəziyyətə görə ümumi borc 38 trilyon dollar səviyyəsini keçib.
Maliyyə siyasətləri üzərində çalışan Peter G. Peterson Fondunun hesablamalarına görə, bu məbləğ ABŞ-da adambaşına təxminən 111 min dollar borc deməkdir. Fond həmçinin diqqətə çatdırıb ki, ABŞ-ın xarici borcunun həcmi Çin, Hindistan, Yaponiya, Almaniya və İngiltərə iqtisadiyyatlarının ümumi daxili məhsullarının (ÜDM) cəmi dəyərinə bərabərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
