ABŞ dizellə işləyən nəqliyyat vasitələri üçün yeni qaydalar müəyyən edib | Banco.az

ABŞ dizellə işləyən nəqliyyat vasitələri üçün yeni qaydalar müəyyən edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ dizellə işləyən ağır avtomobillərin emissiya dərəcələrini məhdudlaşdıracaq.

Banco.az xəbər verir ki, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) dizellə işləyən ağır yük maşınları, avtobuslar və iri nəqliyyat vasitələri üçün emissiya dərəcələrini daha da sərtləşdirəcək yeni standartlar elan edib.

EPA rəsmiləri öz bəyanatlarında dizel yanacağı ilə işləyən ağır nəqliyyat vasitələrinin emissiya həcmlərinə qoyulan məhdudiyyətlərin istiləşməyə səbəb olan bəzi istixana qazı mənbələrindən yayınmağa kömək edəcəyini bildiriblər.

Qeyd edilib ki, 2027-2032-ci illər arasında istehsal olunacaq avtomobillər üçün qüvvədə olacaq yeni qaydalar qarşıdakı 30 ildə 1 milyard tona qədər istixana qazı emissiyasının qarşısını alacaq və 13 milyard dollar xalis mənfəət təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, EPA-nın ötən həftəki bəyanatında bildirilib ki, 2032-ci ilə qədər yeni minik avtomobillərinin satışlarının 56 faizi elektrik, ən azı 13 faizi hibrid və ya qismən elektriklə işləyən avtomobillər olmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram