Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-dən İrana aviasiya sanksiyası: 36 şirkət siyahıya salınıb.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İranın silah, şəxsi heyət və qanunsuz yüklərin daşınmasında istifadə etdiyi aviasiya sektoruna dəstək göstərdikləri gerekçəsi ilə 36 şirkəti sanksiya siyahısına daxil edib.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasında Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) İrana qarşı “İqtisadi Təcrid Əməliyyatı” çərçivəsində ölkənin aviasiya sektoruna yeni sanksiyalar tətbiq etdiyi bildirilib.
Açıqlamada İranın silah, şəxsi heyət və qanunsuz yüklərin daşınmasında istifadə etdiyi aviasiya sektoruna dəstək göstərdikləri üçün 36 şirkətin sanksiyalara məruz qaldığı qeyd olunub. Sanksiyaların İranın ABŞ istehsalı hava gəmiləri və həssas texnologiyalar əldə etmək üçün istifadə etdiyi örtük şirkətlərini də hədəf aldığı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
