Müəllif: Gülnar Əhmədli, Banco.az
"Forbes" tərəfindən aparılan əməkdaş sorğularına əsaslanaraq ABŞ-də 2026-cı ildə işləmək üçün ən yaxşı şirkətlər açıqlanıb.
Banco.az xəbər verir ki, qiymətləndirmə zamanı iş mühiti, mədəniyyət, əməkhaqqı və karyera inkişafı kimi faktorlar nəzərə alınıb.
5000+ işçisi olan böyük işəgötürənlər:
- Trader Joe's
- St. Jude Children's Research Hospital
- Microsoft
- Stanford University
- In-N-Out Burger
- Nvidia
- American Express
- Hoag Memorial Hospital Presbyterian
- Houston Methodist
- Carhartt
- Apple
- Delta Air Lines
- Washington University in St. Louis
- Adobe
Siyahıda texnologiya şirkətləri üstünlük təşkil edir. "Trader Joe's" ümumi siyahıda 1-ci yeri tutur və bir çox böyük texnologiya şirkətlərini geridə qoyur. Ən yaxşı iş yerləri yalnız texnologiya sektorunda deyil, həm də səhiyyə, pərakəndə satış və universitetlərdə geniş yayılıb. Şirkətlərin yüksək reytinq almasının əsas səbəbləri:
- güclü iş mühiti və korporativ mədəniyyət
- karyera inkişafı imkanları
- maaş və sosial paketlər
- rəhbərliyə əməkdaşların etibarı
Bizi sosial şəbəkələrdən izləyin!!
