Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da xidmət sektorunun fəaliyyəti ötən 7 ayın ən aşağı səviyyəsinə geriləyib.
Banco.az xəbər verir ki, ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) xidmət sektoru indeksi dekabr ayında 50,6 punta qədər azalıb.
Bu, may ayından bəri ən aşağı səviyyədir. Noyabr ayında indeks 52,7 punkt hesablanmışdı.
Qeyd edək ki, iqtisadçılar bu göstərici üçün 52,5 punkt gözləyirdilər. Məlum olduğu kimi, indeksin dəyərinin 50-dən yuxarı olması sektorda artımı göstərir.
Bununla yanaşı, ölkədə sözügedən dövrdə məşğulluq indeksi 50,7-dən 43,3-ə enərkən, yeni sifarişlər indeksi 55,5-dən 52,8-ə düşüb.
ISM Sorğu Meneceri Entoni Nievs inflyasiya, faiz dərəcələri və geosiyasi gərginliklə bağlı narahatlıqların davam etdiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!