Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da özəl sektorda məşğulluq azalıb.
Banco.az xəbər verir ki, ADP Research tərəfindən yayımlanan məlumatlara görə, ABŞ şirkətləri 1 noyabrda başa çatan dörd həftə ərzində orta hesabla 2 min 500 nəfəri işdən çıxarıb.
Bu azalma əmək bazarının oktyabr ayının sonlarında yavaşlama əlamətləri göstərdiyini ortaya qoyur.
ADP-nin 5 noyabrda açıqladığı aylıq məşğulluq hesabatı isə özəl sektor məşğulluğunun iki aylıq azalmadan sonra 42 min nəfər artdığını göstərmişdi.
ABŞ Əmək Statistikaları Bürosu cümə axşamı sentyabr ayı məşğulluq hesabatını dərc edəcək. Məşğulluğun əvvəlki ayla müqayisədə 55 min nəfər artması gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
