Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da 2020-ci ilin may ayından bəri ilk dəfə mənfi aylıq inflyasiya müşahidə olunub.
Banco.az xəbər verir ki, ABŞ-da iyun ayı üzrə inflyasiya məlumatları açıqlanıb.
Məlumatlar göstərir ki, ABŞ-da istehlak qiymətləri iyun ayında əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb. Bununla da 2020-ci ilin may ayından bəri ilk dəfə mənfi inflyasiya qeydə alınıb.
Ölkədə illik inflyasiya isə 3 faizə qədər aşağı düşüb.
"BloombergÜ nəşrinin sorğusunda iştirak edən iqtisadçılar aylıq inflyasiyanın məhz 0,1 faiz olacağını gözləyirdilər. Ancaq illik qiymət artımını 3,1 faiz proqnozlaşdırmışdılar.
Qeyd edək ki, baza inflyasiya da proqnozlara uyğun gəlməyib. İyun ayında ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri aylıq 0,1 faiz artıb ki, bu baxımdan proqnozlar 0,2 faiz idi.
İllik artım da 3,4 faizlik proqnozlardan aşağı olmaqla 3,3 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!