ABŞ-da işsizliklə bağlı müraciətlər proqnozları üstələyib | Banco.az

ABŞ-da işsizliklə bağlı müraciətlər proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 218 minə yüksəlib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 23 dekabrda başa çatan həftədə əvvəlki həftəyə görə 12 min nəfər artaraq 218 minə çatıb.

Bazar proqnozlarından yüksək olan işsizlik müraciətlərinin 210 min olacağı gözlənilirdi.

Ötən həftə etibarilə 4 həftəlik ortalama işsizlik müavinəti müraciətlərinin sayı isə əvvəlki həftəyə görə 250 nəfər azalaraq 212 minə geriləyib.

Analitiklər işsizlik müavinəti müraciətlərindəki artımın əmək bazarında yumşalmaya işarə etdiyini və ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ilin ilk rübündə faiz endirimlərinə başlayacağına dair artan proqnozlarla uyğunlaşdığını düşünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram