ABŞ-da işsizlik müraciətləri noyabr ayından bəri ən aşağı səviyyədədir | Banco.az

ABŞ-da işsizlik müraciətləri noyabr ayından bəri ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlərin sayı noyabr ayından bəri ən aşağı səviyyədədir.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərlə bağlı həftəlik məlumatları açıqlayıb.

Məlumata görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 10 yanvar tarixi ilə bitən həftədə əvvəlki həftə ilə müqayisədə 9 min nəfər azalaraq 198 minə enib.

Bazar gözləntisi bu dövrdə işsizlik müavinəti üçün müraciətlərin sayının 215 min olacağı yönündə idi.

İşsizlik müavinəti müraciətlərinə dair əvvəlki həftənin göstəricisi 208 mindən 207 minə yenidən nəzərdən keçirilib.

Ötən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciət sayı 6 min 500 nəfər azalaraq 205 minə düşüb.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 3 yanvar tarixi ilə bitən həftədə 19 min azalaraq 1 milyon 884 minə geriləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram