Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Əmək Nazirliyi işsizlik müavinəti müraciətlərinə dair həftəlik məlumatları açıqlayıb.
Banco.az xəbər verir ki, buna görə, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 20 sentyabrda başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 14 min nəfər azalaraq 218 minə enib.
Bazar proqnozu işsizlik müavinəti müraciətlərinin bu dövrdə 233 min olacağı istiqamətində idi.
İşsizlik müavinəti müraciətlərinə dair əvvəlki həftənin göstəricisi 231 mindən 232 minə yenidən hesablanıb.
Ötən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciətləri də 2 min 750 nəfər azalaraq 237 min 500-ə düşüb.
Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə 13 sentyabrda başa çatan həftədə 2 min nəfər azalaraq 1 milyon 926 minə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!