ABŞ-da inflyasiya proqnozlara uyğun gəlib | Banco.az

ABŞ-da inflyasiya proqnozlara uyğun gəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay ABŞ-da inflyasiya proqnozlara uyğun gəlib.

Banco.az xəbər verir ki, ötən ay ABŞ-da inflyasiya məlumatları bazar proqnozları ilə üst-üstə düşsə də, baza inflyasiyasında üfüqi kursun davam etdiyi müşahidə edilib.

Məlumatlar göstərir ki, ABŞ-da istehlak qiymətləri noyabr ayında əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.

Məlumatlara görə, noyabr ayında illik artım isə 2,7 faiz olaraq qeyd edilib.

İqtisadçıların proqnozları aylıq artımın 0,3 faiz olacağı istiqamətində idi. İllik inflyasiyanın da 2,7 faiz olacağı proqnozlaşdırılırdı.

Xatırladaq ki, oktyabrda ABŞ-da aylıq istehlak inflyasiyası 0,2 faiz, illik inflyasiya isə 2,6 faiz təşkil etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram