ABŞ-da 30 illik ipoteka faizləri enməkdə davam edib | Banco.az

ABŞ-da 30 illik ipoteka faizləri enməkdə davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da 30 illik ipoteka (ev krediti) üzrə orta faiz dərəcəsi 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyəsini qeyd edib.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyası (MBA) sentyabrın 20-də başa çatan həftənin ipoteka məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə görə 11 faiz artıb.

Bu dövrdə ev almaq üçün müraciətlər 1 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 20 faiz artıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi ötən həftə 6,15 faizdən 6,13 faizə enərək 2022-ci ilin sentyabrından bəri ən aşağı səviyyəsini qeyd edib. Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 5,42 faizdən 5,47 faizə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram