ABŞ büdcə defisiti avqustda 9,3% azalıb, maliyyə ilinin 11 ayında 4% artıb | Banco.az

ABŞ büdcə defisiti avqustda 9,3% azalıb, maliyyə ilinin 11 ayında 4% artıb

Müəllif - Fərid İslamov - Banco.az

2025-ci ilin avqust ayında ABŞ dövlət büdcəsi defisiti 344,792 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayına nisbətən 9,3% azdır, ABŞ Maliyyə Nazirliyi bildirib.

Büdcə gəlirləri 12,3% artaraq 344,315 milyard dollar olub. Xüsusilə, gömrük rüsumları təxminən 29,5 milyard dollar gətirib ki, bu da 2024-cü ilin avqust ayına nisbətən dörd dəfə çoxdur.

Xərclər isə 0,4% artaraq 689,107 milyard dollar təşkil edib. Gəlirlər və xərclər avqust üçün rekord səviyyəyə çatıb.

2024-cü il oktyabrın 1-də başlayan 2025 maliyyə ilinin ilk 11 ayında ABŞ büdcəsinin mənfi saldosu illik ifadədə 4% artaraq 1,973 trilyon dolları ötüb. Bu, tarixdə üçüncü ən yüksək göstəricidir, yalnız 2020 və 2021-ci illərdə defisit COVID-19 pandemiyası səbəbindən daha çox artmışdı.

Maliyyə ilinin əvvəlindən gəlirlər 6,8% artaraq 4,691 trilyon dollar, xərclər isə 6% artaraq 6,664 trilyon dollar təşkil edib. Onlardan dövlət borcu üzrə faiz ödənişləri 7% artaraq 1,124 trilyon dollar olub.

Qeyd edək ki, 2024 maliyyə ilinin sonunda ABŞ dövlət büdcəsinin mənfi saldosu 1,83 trilyon dollar təşkil etmiş və 8% artmışdı.