ABŞ bir il yarımdan sonra ilk dəfə Rusiyadan neft alıb | Banco.az

ABŞ bir il yarımdan sonra ilk dəfə Rusiyadan neft alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ 2022-ci ilin aprelindən sonra ilk dəfə 2023-cü ilin noyabrında Rusiyadan neft idxal edib.

Banco.az xəbər verir ki, ABŞ 2022-ci ilin aprelindən bəri ilk dəfə Rusiyadan neft alıb.

ABŞ-ın xarici ticarət məlumatlarına görə, ölkə 2023-cü ilin noyabrında 749 min dollara 10 min barel rus nefti idxal edib. İdxalın bir barel üzrə 74,9 dollar olması diqqət çəkib.

Xatırladaq ki, ABŞ Ukraynadakı müharibəyə görə Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq etməyə başlamış və 2022-ci ilin aprelindən etibarən Rusiyadan neft idxalını dayandırmışdı.

G7 ölkələri də 2022-ci ilin dekabrında Rusiya neftinin bir barelinin maksimal qiymət həddini 60 dollar səviyyəsində müəyyənləşdirmişdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram