Müəllif - Fərid İslamov - Banco.az
ABŞ Energetika Nazirliyinin Energetika Məlumatları İdarəsi (EIA) 2025-ci il üçün Brent neftinin qiymət proqnozunu simvolik olaraq $67,22-dən $67,8-ə artırıb.
2026-cı il üçün proqnoz dəyişməyib – bareli $51,43.
EIA-nın qiymətləndirməsinə görə, avqustda Brent neftinin orta qiyməti bareli $68 olub. Analitiklər yaxın perspektivdə qiymətlərin aşağı düşəcəyini gözləyirlər: dördüncü rübdə ortalama $59/barel, 2026-cı ilin əvvəlində isə $50/barel.
Hesabatda bildirilir:
"Qiymət proqnozu OPEC+ üzvlərinin hasilatı artırarkən neft ehtiyatlarının əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Biz gözləyirik ki, qlobal neft ehtiyatları 2025-ci ilin üçüncü rübündən 2026-cı ilin birinci rübünə qədər gündəlik orta 2 mln bareldən çox artacaq. Aşağı neft qiymətlərinin 2026-cı ilin əvvəlində OPEC+ və qeyri-OPEC bəzi ölkələrin təkliflərini azaltmasına səbəb olacağını və bunun ilin sonlarında ehtiyatların artımını məhdudlaşdıracağını gözləyirik."
