ABŞ 150-dən çox ölkəyə vergi məktubları göndərəcək | Banco.az

ABŞ 150-dən çox ölkəyə vergi məktubları göndərəcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp 150-dən çox ölkəyə gömrük rüsumlarının 10 və ya 15 faiz ola biləcəyi ilə bağlı məktublar göndərəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

"Biz 150-dən çox ölkəyə ödəniş bildirişləri göndərəcəyik və bu bildirişdə tarif dərəcəsinin nə olacağı göstəriləcək"-, Ağ ev lideri deyib.

Tramp həmçinin qeyd edib ki, bu qrup hamı üçün eyni olacaq.  Bu məktubları alacaq ticarət tərəfdaşlarının böyük ölkələr olmadığını və çox ticarət etmədiklərini vurğulayıb.