Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın ən varlı 400 iş adamı və sahibkarının ümumi sərvəti rekord həddə çataraq 6,6 trilyon dollara yüksəlib. Siyahıya yenə də “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask rəhbərlik edir.
Banco.az xəbər verir ki, Forbes jurnalının məlumatına görə, 2025-ci ildə bu reytinqə daxil olmaq üçün sərvət həddi 3,8 milyard dollar təşkil edir. Bu göstərici ötən illə müqayisədə 500 milyon dollar artıb.
Reytinqin ilk pillələrində bu milyarderlər yer alıb:
-
İlon Mask – 438 milyard dollar
-
Larri Ellison (Oracle) – 276 milyard dollar
-
Mark Zukerberq (Meta) – 253 milyard dollar
-
Ceff Bezos (Amazon) – 241 milyard dollar
ABŞ prezidenti Donald Tramp isə 7,3 milyard dollarlıq sərvəti ilə siyahıda 201-ci yerdədir.