Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il Gürcüstanın dəmir yolları vasitəsilə 13,3 milyon ton yük daşınıb.
Banco.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
2024-cü illə müqayisədə daşınan yüklərin həcmi 3% azalıb. Yüklərin 7,9%-ni ölkədaxili, 34,7%-ni beynəlxalq, 57,5%-ni isə tranzit daşımaları təşkil edib.
Hesabat dövründə Gürcüstan ərazisinə daxil olan dəmir yolu yüklərinin 35,8%-i Rusiya, 27,2%-i isə Azərbaycandan göndərilib. 2025-ci ildə ümumi gedən yüklərin 16,2 faizi Ermənistan, 9,2 faizi Qazaxıstan və 8,4 faizi Rusiya Federasiyası üçün son təyinat yeri olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
