25 illik danışıqlardan sonra Aİ ilə Merkosur arasında ticarət müqaviləsi imzalandı | Banco.az

25 illik danışıqlardan sonra Aİ ilə Merkosur arasında ticarət müqaviləsi imzalandı

Müəllif: Tamara Mustafayeva, Banco.az

25 illik danışıqlardan sonra Aİ ilə Merkosur arasında ticarət müqaviləsi imzalanıb.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə Cənub Ümumi Bazarı “MERCOSUR” arasında 25 ildir müzakirə edilən ticarət sazişi imzalanıb. 

Paraqvayın paytaxtı Asunsionda keçirilən Aİ–“MERCOSUR” ticarət sazişinin imzalanma mərasiminə Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Aİ Şurasının sədri Antonio Koşta, eləcə də region ölkələrinin liderləri qatılıb.

Braziliya Prezidenti Luiz Inasio Lula da Silva isə mərasimdə şəxsən iştirak etməyərək, onun əvəzinə xarici işlər nazirini göndərib.

Mərasimdə çıxış edən fon der Lyayen bildirib:
“Bu gün ‘MERCOSUR’ ilə Avropa arasında yeni tərəfdaşlıq razılaşması mənasına gələn mühüm bir sənədi imzalayırıq. Bu saziş 25 ildir hazırlanırdı.”

Fon der Lyayen qeyd edib ki, AB ilə “MERCOSUR” ölkələri birlikdə qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 20 faizini təmsil edən dünyanın ən böyük azad ticarət zonasını formalaşdıracaq və bu, 700 milyon insana yeni imkanlar yaradacaq.

O əlavə edib:
“Bu saziş tarifləri və digər ticarət maneələrini aradan qaldıracaq, dövlət satınalmalarını açacaq, investisiya və ticarət axınlarını təşviq edən qaydalara əsaslanan bir çərçivə təmin edəcək.”

Aİ və “MERCOSUR” ölkələrinin dünyaya rəqabət əvəzinə əməkdaşlığı, qütbləşmə əvəzinə tərəfdaşlığı seçdikləri mesajını verdiyini vurğulayan fon der Leyen razılaşmadan məmnunluğunu ifadə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram