2026-cı ildə Mərkəzi Bankın pul siyasəti qərarlarının açıqlanma tarixləri məlum olub | Banco.az

2026-cı ildə Mərkəzi Bankın pul siyasəti qərarlarının açıqlanma tarixləri məlum olub

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.

    2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla (4 fevral2 aprel6 may24 iyun5 avqust23 sentyabr4 noyabr və 23 dekabr) təqdim ediləcək.

    Qeyd olunan tarixlərdən 2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir.

    Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.