11 ayda Azərbaycan xaricdən ət alışını azaldıb | Banco.az

11 ayda Azərbaycan xaricdən ət alışını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 103 milyon 15 min ABŞ dolları dəyərində 43 min 54 ton ət idxal olunub.

Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 19,3%, dəyəri isə 11,9% azalıb.

Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 116 milyon 989 min dollar dəyərində 53 min 336 ton ət idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,49%-ni təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram