Unibank
Rəhbər assistenti
Vakansiya haqqında məlumat:
Təsvir
- Rəhbərin gündəlik iş qrafikinin, görüşlərinin, iclaslarının və qəbulunun planlaşdırılması və koordinasiyası;
- Zəruri məlumatların, sənədlərin və təqdimat materiallarının hazırlanması, toplanması və sistemləşdirilməsi;
- Rəsmi görüşlərin, biznes tədbirlərinin, iclasların və işgüzar səfərlərin təşkilində və koordinasiyasında iştirak;
- Rəhbərin tapşırığı ilə müxtəlif məsələlər üzrə məlumatların araşdırılması, ümumiləşdirilməsi və müvafiq təkliflərin hazırlanması;
- Xüsusi və təcili tapşırıqların operativ icrasının təmin edilməsi və nəticələrin rəhbərə təqdim olunması;
- Rəhbərliyin işinin effektivliyini artırmaq məqsədilə inzibati və təşkilati proseslərin təkmilləşdirilməsinə dəstək.
Tələblər
- Ali təhsil;
- Rəhbər assistenti kimi iş təcrübəsi üstünlük sayılır;
- Azərbaycan və rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili üzrə ən azı “Intermediate” səviyyəsində bilik;
- MS Office proqramlarında sərbəst işləmə bacarığı;
- Güclü təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı;
- Yazılı və şifahi kommunikasiya bacarıqları;
- Analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;
- Proaktiv yanaşma, yüksək məsuliyyət və nəticəyönümlülük;
- Dinamik və yüksək tempdə işləməyə uyğunlaşma bacarığı.
Müraciət üçün daxil olun
