Layihələrin İdarə edilməsi üzrə Kiçik Layihə Rəhbəri | Banco.az
Paşa Bank

Layihələrin İdarə edilməsi üzrə Kiçik Layihə Rəhbəri

Vakansiya haqqında məlumat: 

Təsvir

·       Bir və ya çoxsaylı biznes xəttini əhatə edən kompleks Biznes/İT təşəbbüsləri portfelinin idarə edilməsi;

·       Strateji plan, məqsədlər, təşəbbüslər və hədəflər barədə şirkət səviyyəsində məlumatlılıq;

·       Təşəbbüslərin strateji məqsədlərin həyata keçirilməsinə uyğunlaşdırılması və onu birbaşa dəstəkləməsinin təmin edilməsi üçün çoxsaylı əlaqədar layihələrin bütün aspektlərinin idarə edilməsi;

·       Təşəbbüslərin icrasının və qrup fəaliyyətinin izlənməsi və qiymətləndirilməsi;

·       Təşəbbüslərin müvəffəqiyyət meyarlarının nəticəsi, ölçü parametrləri, sınaq testlərinin idarə edilməsi fəaliyyətləri barədə hesabatın verilməsi;

·       Təşəbbüs müddətində işin sahiblənilməsi: layihənin uğurla həyata keçirilməsinə başlanma vaxtından bir iri və ya eyni anda bir neçə kiçik təşəbbüsün tətbiqinə qədər tam icra edilməsi;

·       Müvafiq əsas maraqlı tərəflərin qiymətləndirəcəyi texniki-iqtisadi əsaslandırmalarda, təchizatçı seçimlərində və təkliflərin verilməsində iştirak və ya yönləndirmə;

·       Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

·       Təhsil: Texnologiya, Maliyyə, İqtisadiyyat sahəsində ali təhsil (bakalavr dərəcəsi);

·       Tələb olunan iş təcrübəsi: müvafiq sahədə minimum 1 il;

·       Lisenziya / Sertifikat: PMI / PMP, Prince 2 sertifikatı arzuolunandır;

·       Xarici dillər: İngilis (səlis), Rus;

·       Kompüter bilikləri: Microsoft Office, layihə idarəedilməsi proqramları (məs. Jira);

·       Məhsul üzrə biliklər: biznes texnologiyalarında təcrübə və maraq;

·       Bazar üzrə biliklər: Makro iqtisadiyyat və bank sektoru;

·       Başqa tələblər: Proqram təminatı yazılma proseslərinin biliyi, İT arxitekturası və infrastrukturu barədə biliklər. Şəxsi münasibətləri qurmaq və idarə etmək bacarığı. Güclü ünsiyyət bacarığı (yazılı və şifahi). 

 

Müraciət üçün daxil olun