E-manata növbəti bank qoşuldu | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

E-manata növbəti bank qoşuldu

Artıq “NBC Bank”ın müştəriləri kreditlərini eManat terminallarında rahat ödəyə bilərlər.

Bu, “NBC Bank”“Modenis” MMC arasında əldə edilmiş razılaşma çərçivəsində mümkün olub. Əməkdaşlıq sayəsində bankın müştəriləri kredit ödənişini Azərbaycanın bir çox şəhər və qəsəbələrində yerləşdirilmiş çoxsaylı eManat ödəniş terminallarında edə bilərlər.

Terminallar vasitəsilə kredit ödənişi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadədir. Müştərilər İD nömrəsini və doğum tarixlərini daxil edib ödənişlərini həyata keçirə bilərlər.

Hazırda Azərbaycan ərazisində eManat terminalları müxtəlif ictimai yerlərdə quraşdırılıb. eManat terminalları vasitəsilə müştərilər kredit ödənişlərini həftənin bütün günləri, günün 24 saatı ərzində həyata keçirə bilərlər.