Bank VTB (Azərbaycan) “Yeni Müsavat” qəzetində dərc olunmuş yalan məlumatı təkzib edir | Banco.az

Bank VTB (Azərbaycan) “Yeni Müsavat” qəzetində dərc olunmuş yalan məlumatı təkzib edir

Bank VTB (Azərbaycan) ASC-nin mətbuat xidməti “Yeni Müsavat”  qəzetinin Bankın sədrinə qarşı, həmçinin bank əməliyyatlarına aparılmasına dair 14.01.2014-cü il tarixdə yaydığı yalan məlumatı təkzib edir.

Bankın mətbuat xidməti bildirir ki, Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryomin öz iş yerindədir və vəzifə borclarını icra edir. 2014-cü ilin ilk iş günlərindən başlayaraq Bankın işində boşdayanmalar olmayıb, bank adi iş rejimində fəaliyyət göstərir.

Bank VTB (Azerbaycan) öz işgüzar nüfuzunu məhkəmədə qorumaq üçün bütün gərəkli tədbirləri görəcəkdir.