Azərbaycanda Daşınar Əmlak Reyestri və Özəl Kredit Bürosu yaradıla bilər. Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.
Azərbaycanda iki yeni qurum yaradıla bilər


Azərbaycanda Daşınar Əmlak Reyestri və Özəl Kredit Bürosu yaradıla bilər. Bunu Trend-ə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.
İstirahətə getməyə hazırlaşırsınız? Bunun üçün uyğun və sərfəli kart axtarırsınız? Axtarışlara vaxt sərf etməyə dəyməz, çünki Unibank-ın sizlərə təqdim etdiyi yeni unikal “ALBALI PLUS” debet kartı məhz sizin üçündür. Unibank-ın yeni debet kartı istifadəçilərinə dünyanın hər bir nöqtəsində pos-terminal olan mağazalarda alış-veriş etmək və ya onlayn şəkildə daha rahat və daha təhlükəsiz ödəniş etmək imkanını yaradır.
Son dövrlərdə “Bank Technique” ətrafında səslənən fikirlər Bank menecmenti və müştərilərində narahatlıq doğurur.
Twitterdə “Goldman Sachs Elevator” adlı hesab var. Hesabın sahibi Con Levefr deyir ki, o Wall-Streetdə-birjaların yerləşdiyi binada liftdə gedən söhbətləri tvitləyir.
Hərdən çox sadə, lakin böyük ideyaların nəticəsi olan məhsullar öz yaradıcılarına milyonlar bəxş edə bilir. Çünki, bu şəxslər heç kəsin ağlına gəlməyən, lakin istifadəsinə həqiqətən ehtiyac olan məhsulları ixtira edirlər. Banco.az olaraq sizə 13 belə ixtiranı təqdim edirik.
Dünya bazarında əmtəə qiymətləri 2008-ci ildə baş verən son qlobal böhran zamanındakı həddə düşüb. Xatırladaq ki, 2008-ci ilin oktyabrında qlobal maliyyə böhranı ABŞ-ın "Lehman Brothers Holdings" bankının iflası ilə başlamışdır. Artıq 7 il keçməsinə baxmayaraq, "Bloomberg Commodity Index"inə (Bloomberg Xammal-Əmtəə İndeksi) daxil olan 22 komponentdən 18-nin qiyməti tarixi maksimal səviyyəsindən 20% geriləyib.
Banco.az "APA"ya istinadən xəbər verir ki, “Aqrolizinq” ASC "Bank Technique" ASC ilə əməkdaşlığı dayandırıb.
Qeyd edək ki, “Aqrolizinq” ASC-nin saytında yerləşdirilmiş məlumata görə, bundan sonra quruma bank xidmətlərini "Kapital Bank" ASC göstərəcək.
Dünyanın ən məhşur biznes jurnalı olan “Forbes”in sonuncu nəşrində informasiya və yüksək texnologiyalar sahəsində 2015-ci ilin ən uğurlu sahibkarlarının reytinqi dərc edilib.
Norveçin ən önəmli sənaye sahəsi neft sektorudur. Ölkədə ÜDM-nin 21,5%-i, bütün ixracatın isə demək olar ki, yarısı – 48,9%-i neft sektorunun payına düşür. Norveç 2013-cü ildə ən böyük neft istehsalçıları arasında 15-ci, ən böyük neft ixracatçıları arasında isə 11-ci yeri tutub. Ölkə eyni zamanda Qərbi Avropanın ən böyük neft istehsalçısıdır.
Banco.az İcbari Sığorta Bürosuna istinadən məlumat verir ki, 2015-ci ilin iyul ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7 893 sığorta müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,3 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 69,35%-i yaşayış evləri və mənzillər, 0,38%-i inzibati binalar, 30,27%-i isə digər daşınmaz əmlakla bağlı olub.