Noyabr ayının 11-də yerli kütləvi informasiya vasitələrində biznes-mövzuları işıqlandıran jurnalistlərin yeni təlim proqramı start götürür. Layihə, Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və Böyük Britaniyanın mədəni əlaqələr və təhsil üzrə aparıcı beynəlxalq təşkilatı - British Council tərəfindən artıq üçüncü ildir ki, uğurla həyata keçirilir.
PAŞA Bank və British Council-in birgə layihəsi çərçivəsində biznes-jurnalistikanın inkişafı üzrə proqramın birinci mərhələsi start götürüb

