Banco.az | Tezliklə

Bu ilin dövlət büdcəsində əsas dəyişikliklər açıqlandı

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Azərbaycanca

Texnikabanka kredit borcu olanlar məsuliyyətə cəlb edilə bilər

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə Texnikabank ASC müflis elan edilmiş və iflas prosedurunubaşlanılmışdır. “M.M.M. PerfektKonsaltinq” MMC ləğvedici təyin edilmişdir. Qərar dərhal icraya yönəldilmişdir.

Azərbaycanca

Azərbaycan yaşayış üçün əlverişli olan ilk 30 ölkə sırasında yer alıb

Yaşayış üçün əlverişlilik reytinqi dörd parametr əsasında tərtib edilib

Azərbaycan yaşayış üçün əlverişli olan ölkələrin sıralamasında 23-cü yeri tutub. "Report" xəbər verir ki, "GoBankingRates" nəşrinin tərtib etdiyi reytinqdə Azərbaycan Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran kimi qonşu ölkələrdən irəlidədir.

Azərbaycanca

Mərkəzi Bankın növbəti valyuta hərracı keçirildi

19 fevral 2016, Bakı: 19 fevral 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilmiş, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda iştirak edən 11 bank tərəfindən məcmu tələb 23,850 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunmuşdur.

Azərbaycanca

Standard&Poor’s agentliyi PAŞA Bankın reytinqini təsdiqlədi

Azərbaycanca

Bakı, 19 fevral,2015 il.17 fevral 2016-cı il tarixində Standard&Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytinqini təsdiqlədi. Belə ki, emitent defoltunun uzunmüddətli reytinqi (“EDR”) “ВВ-” səviyyəsində, qısamüddətli EDR isə “В” səviyyəsində təsdiqləndi.

Azərbaycan Mərkəzi Bankı auditə hazırlaşır

Bununla bağlı açıq tender elan olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-2018-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standrtlara uyğun illik auditinin keçirilməsi üçün açıq tender elan edib. "Report" xəbər verir ki, iştirakçılar müvafiq sənədləri martın 31-dək AMB-nin əsas inzibati binasına təqdim etməlidir.

Azərbaycanca

Kapital Bank dolların satış kursunu azaldıb

Azərbaycanca

19 fevral 2016-cı il tarixindən etibarən “Kapital Bank” ASC ABŞ dollarının satışını Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) müəyyən etdiyi məzənnə ilə həyata keçirir. Kapital Bankın filial və şöbələrində ABŞ dollarının satış məzənnəsinin maksimal həddi Mərkəzi Bankın ABŞ dolları üzrə açıqladığı rəsmi valyuta məzənnəsindən fərqlənməyəcək. Dəyişiklik, Dolların alış, habelə Avro və digər xarici valyutaların alış və satış məzənnələrinə şamil olunmur.

Gələn il Azərbaycanda İslam bankı yaradılacaq

Hazırda hökumət yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir

Gələn ilin əvvəlində Azərbaycanda ilk müstəqil İslam bankı açıla bilər. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, hazırda ölkə hökuməti (işçi qrupu formatında) yeni bankın yaradılması ilə bağlı qanunvericiliyi nəzərdən keçirir.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə

Azərbaycan Mərkəzi Bankı (AMB) 19 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, fevralın 19-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5635 manat təşkil edir.

Azərbaycanca

Dünya birjalarında neft ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar azalaraq 30,56 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar azalaraq 34,03 dollar olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »